Mini Gastrik By Pass əməliyyatı
Ölkəmizdə geniş yer alan Metabolik-bariatrik əməliyyat olan Mini Qastrik By Pass əməliyyatı isə mahiyyət baxımından fərqli bir əməliyyatdır. “Şəkər əleyhinə və ya Diabet əməliyyatı” kimi tanınan bu əməliyyat arıqlamaqla bərabər ciddi Şəkərli diabet kontroluna malikdir.
Bu necə baş verir?
Mədə kiçiltmə əməliyyatından fərqli olan bu əməliyyat növündə mədənin ayrılmış böyük bir hissəsi yerində qalır. Kiçilmiş hissəsi isə bir başa incə bağırsağa birləşdirilir. Nəticədə mədə kiçilərək yeməyin az yeyilməsinə bir tərəfdən arıqlamağa, digər tərəfdən yeməyin birbaşa incə bağırsağa keçməklə şəkərin və karbohidratların sovrulmasına manə olaraq qanda şəkərin azalmasına ciddi təsir edir. Belə halda insanlar həm arıqlayır, həmdə diabetə əksər hallarda qalib gələ bilir
Kimlərə bu əməliyyat olar??
Artıq çəkidən əziyyət çəkən, üstəlik ciddi şəkərli diabeti(2-ci tip şəkərli diabet) olan, bunun üçün daima dərman qəbul edən(tabletlər və insulin), 10 ildən artıq olmayan diabet xəstələrinə əməliyyat uyğundur.
Artıq minlərlə insan bu yolla Şəkərli diabetdən azad olub!
Siz bu əməliyyata uyğun olub olmamasını bilmək üçün elə indi həkimə yazın!