Dr. Rəfiyev Fərid Səxavət oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin il ATU-nin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə fərqlənmə diploma ilə Universiteti bitirmişdir. 2004-2006-cı illər ərzində 1-ci cərrahi xəstəliklər kafedrasında klinik-ordinator vəzifəsində çalışıb. 2006-2009-cu illər ərzində həmin kafedranın aspirantı vəzifəsində çalışıb. İşlədiyi illər ərzində 21 məqalə, 1 ixtira, 3 səmərələşdirici təklifin müəllifidir. 2007-ci ildə “Miniinvaziv cərrahiyyə” “Laparoskopik cərrahiyyə” kurslarını Almaniyanın (Berlin şəhəri) “Vivantes Humbolt klinikum” və “DrK klinikum Westend” klinikalarında çalışmışdır. Prof. Dr.Ernest Kraas-ın “Laparoskopik cərrahiyyənin mütəxəssis” adına layiq görülmüşdür. 2008-ci ildə Türkiyənin İstanbul şəhərində “İstanbul cərrahi hastanesi.” klinikalarında həkim-cərrah vəzifəsində çalışıb. İşlədiyi elmi əsərlər sırasında “Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası” mövzusunda tibb elmləri üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülüb. 2011-cu ildə Fransanın Klermont şəhərində “CİCE” kurslarını fərqlənmə ilə bitirərək prof.Bruhat-ın diplomu ilə təltif edilib. 2014-2016-cı illərdə “İLİN HƏKİMİ” fəxri mükafata layiq görülüb. 2007-2015-ci illərdə Uniklinika xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 2015-dən etibarən Medera Hospitalda Cərrahiyyə Şöbəsinin Müdiri vəzifəsində çalışır. 2018-ci ildə The international Mini Gastric Bypass Surgeon of Excellence Bronze Certification mükafatına layiq görülüb 2021-ci ildə Strasburq şəhərində keçirilən İrcad Certificate of training in minimal access surgery kursunu uğurla bitirib Beynalxalq kongreslərdə müntəzəm məruzəçi rolunda iştirak edir İFSO- the International Federation for the Surgery of OBESITY AND METABOLIC DISORDERS -həqiqi üzvü İBC- İnternational Bariatric Club- həqiqi üzvü Ailəlidir. 4 övladı var

Sertifikatlarım